Giriş
Şərqi Avropa tarixən Rusiyanın təsirinin yüksək olduğu regionlardan biridir. Xüsusilə Rusiyanın Ukrayna ilə bağlı iddialarını ortaya qoyduğu və Krımı işğal etdiyi 2014-cü ildən sonra isə hibrid müharibənin əsas elementi kimi istifadə etdiyi propaqandanın ən aktiv cəbhələrindən birinə çevrilib. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibə mövzunun aktuallığını daha da artırıb.
Avropa İttifaqı 2022-ci ildən sonra Rusiya propaqandasını müharibə elementi kimi dəyərləndirməyə və bu çərçivədə reaksiyalar verməyə başlayıb. Ancaq istər Rusiyanın propaqandanın yeni mexanizmlərini işə salması, istərsə də Avropa daxilində Kreml təsiri ilə mübarizə məsələsində yekdilliyin və davamlılığın olmaması təhlükənin aktuallığını azaltmayıb. Əksinə, Moskvanın Avropa İttifaqı daxilindəki müttəfiqlərinin sayəsində bu problem daha çox aktuallıq qazanıb.
KHAR Center əvvəlki yazılarında Rusiyanın Avropadakı propaqanda mexanizminin ümumi çərçivəsini ( KHAR Center, 2025 a) və Qərbi Avropadakı əsas elementlərini araşdırıb (KHAR Center, 2025 b)
Bu yazıda isə Kremlin iki əsas müttəfiqinin - Macarıstan və Slovakiyanın nümunəsində Şərqi Avropadakı propaqanda mexanizmlərinə nəzər salınacaq. Şərqi Avropada Rusiya propaqanda mexanizmi Almaniya və Fransada rast gəldiyimiz elementlərdən – enerji asılılığı, biznes lobbiləri, yumşaq güc vasitələri, media – istifadə edir, ancaq xüsusilə sonuncu elementlər – nümayəndələr – onun aparıcı gücü kimi önə çıxır. Əgər Qərbi Avropada Kreml özünün Troya atlarını ayrı-ayrı təsir qruplarından formalaşdırırsa, Şərqi Avropada bu rol üçün bütöv dövlətlərdən istifadə edir. Macarıstan və Slovakiyada Kremlin təsiri altındakı siyasətçilərin hakimiyyətdə olması və bu hakimiyyətlərin avtoritarizmin bir çox xüsusiyyətlərinə sahib olması Putin propaqandasının işini ciddi şəkildə asanlaşdırıb. Bu sayədə Kremlin narrativləri yalnız daxildən ixrac olunan deyil, həm də daha çox yerli siyasi-ideoloji maraqlar və dövlət imkanları vasitəsilə yerliləşdirilmiş mesajlar kimi “satıla” bilir.
Macarıstan və Slovakiyanın bir çox məsələdə Rusiya ilə paralel mövqe nümayiş etdirməsi Avropa İttifaqı və NATO daxilində yekdilliyə ciddi ziyan vurur və qərarvermə mexanizmlərinə təsir edir. Daha öncə Macarıstan (KHAR Center, 2025 c) və Slovakiya ilə bağlı analizlərimizdə (Khar Center 2025 ç) bunu konkret nümunələrlə göstərmişdik. Bu yazıda isə Macarıstan və Slovakiyanın Avropa və Qərb siyasətinə təsir edəcək dərəcədə pro-Kreml mövqeyinə gəlməsində mühüm rol oynayan propaqandanın hansı mexanizmlərdən keçdiyinə, necə legitimləşdiyinə və dövlət kursuna çevrildiyinə nəzər salacağıq.
Analizin əsas sualları
Kremlin narrativləri Macarıstan və Slovakiyada hansı kanallarla yayılır və hansı mexanizmlərlə legitimləşdirilir? Dövlət institutları bu propaqandanın yayılmasında hansı rolu oynayır? Macarıstandakı avroskeptisizm və Brüssel-Budapeşt əlaqələri Macarıstan-Rusiya əlaqələrinə təsir edirmi?
KREMLİN DEZİNFORMASİYA MƏRKƏZİ - MACARISTAN
Rusiyanın Şərqi Avropadakı Troya atlarının birincisi və ən mühümü Macarıstandır. Viktor Orbanın “illiberal demokratiya” konsepsiyası, Ukrayna ilə bağlı mövqeyi və Avropa İttifaqı daxilində həmrəyliyi pozma siyasəti Rusiyanın narrativləri ilə üst-üstə düşür. (Khar Center, 2025 d) Son aylarda Orban Kreml tezislərini daha da açıq şəkildə təkrarlayır – Ukraynanı “suveren olmayan ölkə” adlandırır, Qərb maliyyə və hərbi dəstəyindən asılı olduğunu vurğulayaraq bu ölkənin müstəqilliyini şübhə altına alır (Reuters, 2025).
Əslində bu çox ciddi paradoksdur, çünki 1989-cu ilin demokratik keçidindən sonra Macarıstan ictimaiyyəti üzərində Rusiyanın təsir bazası regiondakı bir çox ölkəyə görə daha zəif idi - Macarıstan slavyan ölkəsi deyil, əhalisi slavyan dil ailəsinə daxil deyill, mədəniyyət ortaqlığı və Rusiya ilə ortaq sərhədi yoxdur. Üstəlik, ölkədəki iki mühüm inqilab (1848 və 1956) Rusiya tərəfindən qanlı şəkildə yatırılıb. Bu baxımdan Macarıstandakı sağ ideologiya illərlə Rusiyaya düşmənçilik və nifrət bəsləyib (Racz, 2021).
Buna baxmayaraq, Macarıstan-Rusiya münasibətləri xüsusilə ikinci dünya müharibəsindən sonra həmişə balanslı olub. Macar hökumətlərinin Moskva strategiyasını formalaşdıran əsas faktor Macarıstanın rus enerjisindən asılılığına əsaslanan praqmatizm olub (Kreko, Gyori, Zgut, 2017a). Moskva son illərdə bu asılılıqdan çox böyük uğurla istifadə edərək Macarıstanı Avropa İttifaqının ən zəif və ən zərərli həlqəsinə çevirməyi bacarıb. Bunun üçün Kreml üç əsas elementdən ibarət strategiya tətbiq edib. Həmin elementlər də birbaşa və ya dolayısı ilə bir-biri ilə əlaqəlidirlər.
1.KQBela və “Jobbik”
Kremlin Macarıstanda müttəfiq axtarışına başlama taktikası Orban hökumətinin 2010-cu ildən etibarən başlayan avtoritarlaşma dövründən əvvələ təsadüf edir. Bu prosesi Moskva iş adamı adı altında Budapeştə göndərdiyi, əslində isə biznes fəaliyyətlərinə dair hər hansı sübut tapılmayan Bela Kovaçsın əli ilə həyata keçirib. Moskva ilə əlaqələri və maddi imklanları sayəsində ifrat sağ qanaddakı “Jobbik” Partiyasında (Daha Yaxşı Macarıstan Uğrunda Hərəkat) populyarlıq qazanan və 2009-cu ildə bu partiyadan Avropa Parlamentinə seçilən Bela Kovaçs 1980-ci illərdən bəri KQB agenti idi. Kovaçsın fəaliyyətləri Macarıstandakı Kremlin təsirinin spesifik, sistematik və siyasi xarakterini açıq şəkildə göstərir. (İCCT, 2024a).
KQBela ləqəbli Kovaçs “Jobbik”i tamamilə Kremlin geosiyasi məqsədlərini dəstəkləyən, onun rəsmi mövqelərini təkrarlayan və Aİ ilə NATO-nun zəiflədilməsinə yönəlmiş cəhdlərini Avropada gücləndirən radikal sağ və populist sağ partiyalar şəbəkəsinin bir hissəsinə çevirdi. Ancaq onun əsas vəzifəsi bununla məhdudlaşmırdı. Məhz Kovaçsın Avropa Parlamenti daxilində casusluq və lobbiçilik fəaliyyətlərini həyata keçirməsi sayəsində Moskva Aİ-nin mərkəzində ifrat sağ aktyorlardan ibarət kremlyönlü şəbəkə yarada bildi (Deszo, 2015). 2012–2014-cü illərdə isə əsas tapşırığı Aİ daxilində Rusiya maraqlarını gücləndirən qruplar formalaşdırmaq idi. Bu məqsədlə AENM (European National Movements Alliance) adlı kremlyönlü ekstremist partiyalar ittifaqını qurdu. 2014-cü ildə Krım “referendumunda” beynəlxalq müşahidəçi qismində iştirak edərək səsverməni “tam azad və ədalətli” adlandırdı. Marin Le Pen, Nick Griffin kimi radikal sağ fiqurları Kreml orbitinə daxil edə bildi (İCCT, 2024b). Casusluğu deşifrə edildikdən sonra Kovaçs Moskvaya qaçdı və hazırda beynəlxalq axtarışda olmasına baxmayaraq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs deyir.
Xüsusilə 2022-ci ilin parlament seçkilərində “Fidesz”ə rəqib olmaq “Jobbik”in əsas oyunçu olaraq funksionallğını azaldıb və partiyada parçalanmalara səbəb olub. Bu da onun Rusiya tərəfindən istifadə mexanizmindəki yerini də nisbətən aşağı pillələrə düşürüb.
2.Ruspərəst ekstremist sağ “ordusu”
Kreml Macarıstanın ifrat sağ mühitini qazana bilmək üçün bu ölkənin I Dünya müharibəsindən sonra itirilmiş əraziləri ilə bağlı tarixi narazılıqların istismarına xüsusi önəm verib. Bu istiqamətdə əsas müttəfiqi olan “Jobbik”in parçalanmasından sonra 2018-ci ildə yaradılan “Vətənimiz” (Our Homeland) partiyasını seçib - 2022-ci ildə parlamentə 6 deputatla girməyi bacaran bu partiya həm Kreml narrativlərini (xüsusilə Ukrayna əleyhinə) yayır, həm də ərazi revizionizminin ən qızğın müdafiəçisi kimi çıxış edir. “Jobbik”in keçmiş rusiyayönlü üzvlərinin əksəriyyəti də indi bu partiyada birləşib (İCCT, 2024c).
Partiyanın nəzarət etdiyi paramilitar-ekstremist radikal sağ hərəkatlar - revizionist “Altmış Dörd Dairənin Gənclər Hərəkatı” (HVIM), neonasist “Qanundan Kənar Ordusu” (Betyársereg), “Macar Özünümüdafiə Hərəkatı” (MÖM) və “Canavarlar” (Farkasok) - ənənəvi olaraq yəhudi və roman icmalarına qarşı düşmənçilik xəttində birləşsələr də, Ukrayna böhranından sonra Rusiyanın təsir aparatına çevriliblər (Kreko, Gyori, Zgut, 2017b).
Radikal sağ təşkilatlar ənənəvi olaraq “Böyük Macarıstan” ideyasına dəstək verir və Slovakiya, Rumıniya, Ukrayna, Serbiya və Xorvatiyada macarlar yaşayan ərazilərin geri qaytarılmasını tələb edirlər. Bu tarixi narazılıqlar Kreml üçün fürsət pəncərəsi yaradır. 2014-cü ildə Rusiyanın Krımı işğal etdiyi əsnada Kreml əməliyyatçıları və propaqandaçılarının yazışmalarının ifşası nəticəsində məlum olmuşdu ki, Moskva Transkarpatiya məsələsində Macarıstanda siyasi revizionizmi təşviq edir və bu istiqamətdə aksiyaların təşkili üçün “Jobbik” və HVİM-ə maliyyə dəstəyi verir (Kreko, Gyori, Zgut, 2017c).
Ukraynaya qarşı ərazi revizionizmi dalğası 2022-ci ildə Rusiyanın təcavüzündən sonra daha da güclənib. Moskva bunun üçün 2002-ci ildən xeyli əvvəl fəaliyyətə başlayıb. Macar araşdırmaçı jurnalist Andras Dezsoya görə, Rusiya xüsusi xidmət orqanlarının əsas məqsədi mümkün qədər çox yerli potensial “köməkçi” qazanmaq idi: “Onlar ənənəvi olaraq effektivliyindən və imkanlarından asılı olmayaraq çoxlu sayda yerli əlaqə vasitəsi toplamağa çalışırdılar. Başqa sözlə, bu təmasların keyfiyyəti o qədər də əhəmiyyətli deyildi – ‘faydalı axmaqlar’ da illik kvotanı doldurmaq baxımından dəyərli əlaqə sayılırdı. Bu cür əlaqə yaratma cəhdləri həmin şəxslərin dərhal Rusiya agenti kimi işə götürülməsi demək deyildi. Daha çox “körpü salmaq” və açıq düşüncəli yerli aktorlarla münasibət qurmaq cəhdi idi” (İCCT, 2024ç).
Macar radikal sağının kiçik, lakin zorakı təşkilatı olan MNA da məhz belə kanallar vasitəsilə Rusiyanın orbitinə düşmüşdü. Rusiyanın hərbi kəşfiyyat orqanı QRU-nun zabitləri təşkilatla əlaqə saxlayırdı, rus “diplomatları” isə MNA tərəfindən təşkil olunan airsoft təlimlərində iştirak edirdi. Təşkilatın lideri, Macarıstan neonasist səhnəsinin ən tanınmış simalarından biri olan İstvan Gyorkos idi. O, 2016-cı ildə bir polis zabitini qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edildi və təşkilatı dağıldı. Rusiyanın bu təşkilat vasitəsilə yaratdığı əsas propaqanda vasitələrindən olan Hidfo.ru saytı da 2018-ci ildə bağlandı. Ancaq Kremlin təsiri altındakı radikal hərəkatlar onlayn və sosial mediadan xüsusilə effektiv səfərbərlik vasitəsi kimi istifadə edir. Onlar öz tədbirlərini əsasən “Facebook” vasitəsilə elan edirlər. Rusiyapərəst və antiamerika narrativlərinin yayılmasında ən populyar platformalar isə bunlardır: Kurucinfo, Barikad, Alfahir, Hunhir, Szent Korona Radio (İCCT, 2024d).
Kremlin sağ ekstremist ortaqları “Jobbik”dən fərqli olaraq Orban hökuməti ilə isti münasibətlərə sahibdir. Bu da Moskvanın Macarıstandakı təsir gücünü daha da artırır. Vətənimiz Partiyası Orbanın nəzarətindəki mərkəzləşdirilmiş medianın bütün gücündən istifadə edir.
3. Orban-Rusizasiya
Jobbik və radikal sağ Moskvanın Macarıstanda istifadə etdiyi aparatlar olaraq rol oynasalar da, xüsusilə 2010-cu ildən sonra Kremlin əsas hədəfi bu ölkədə siyasi və iqtisadi elitanı ələ keçirmək olub. Bunun nəticəsində Viktor Orban kimi Rusiyaya düşmən sağ qüvvələrin şinelindən çıxmış biri belə Kremlin Avropadakı sözçüsünə, NATO və Avropa İttifaqı daxilində bu alyansların əsas müxalifinə çevrilib. Rusiyanın Ukraynaya tam miqyaslı hücumundan sonra Avropa liderlərinin əksəriyyəti Putinlə münasibətləri kəsdiyi halda, Orban Moskvaya səfərlərini və Putinlə görüşlərini davam etdirərək Kremlin “Avropadakı səsi” rolunu faktiki leqitimləşdirib. Macarıstanın baş naziri Avropa liderləri arasında Ukraynaya silah yardımı göstərməkdən davamlı şəkildə imtina edən az sayda liderdən biridir və bir neçə dəfə açıq antiukrayna mövqeyi nümayiş etdirib. Hökumət Rusiya əleyhinə tətbiq olunan sanksiyalara qarşı açıq kampaniya aparır (KHAR Center, 2025 e).
Orbanın Şərqə açılma strategiyası, xüsusən də Rusiya və Çin ilə iqtisadi əlaqələrin gücləndirilməsi hökumətin klientelist şəbəkəsi üçün biznes imkanlarını genişləndirmək məqsədini daşıyır. Orbanın uşaqlıq dostu, Macarıstanın ən zəngin oliqarxı Lorinç Meszaros, xüsusilə Rusiya kreditləri ilə maliyyələşdirilən “Paks 2” nüvə investisiyası ilə bu əməliyyatların əsas benefisiarıdır (İCCT, 2024e). 2017-ci ildən etibarən hökumət daha ekstremist və dini fundamentalist aktorları qucaqlayır, məsələn, anti-LGBTQ+ və Kreml ilə əlaqəli qrup kimi bilinən ABŞ mərkəzli “World Congress of Families”i Macarıstanda qəbul edib (Tait, 2017).
Macarıstan Rusiya xüsusi xidmətlərinin Avropada getdikcə güclənən qərargahına çevrilib. Digər Avropa ölkələri Rusiya səfirliklərində işçi sayını azaltmağa çalışarkən, Budapeştdə Rusiya səfirliyinin işçi heyəti artır (İCCT, 2024f). 2019-cu ildə Macarıstan hökuməti əvvəllər sovet maliyyə aləti, indi isə Kremlin iqtisadi təsir vasitəsi olan Beynəlxalq İnvestisiya Bankının Baş ofisini Budapeştdə yerləşdirib (Spike, 2023). Rusiya xüsusi xidmət orqanları Macarıstanda Rusiya Pravoslav Kilsəsinin gücündən də ciddi şəkildə istifadə edir. Macarıstan hökuməti də buna dəstək verir. 2022-ci ildə Macarıstan hökuməti pravoslav kapellasının tikintisinə 1 milyon avro ayırıb. Eyni tarixlərdə Kilsənin başçısı Patriarx Kirill Orbanın etirazından sonra Rusiya əleyhinə Aİ sanksiyaları paketindən çıxarılıb (Euronews, 2022).
Moskva macar xalqının ağlını və ürəyini qazanmaq üçün xüsusi səy göstərməyib, hətta bütün Avropada (və başqa bir çox ölkədə) Kreml propaqandasının əsas alətləri olan “Russia Today” (RT) və “Sputnik”in macarca versiyasının açılmasına belə ehtiyac duymayıb. Kreml burada özünün müsbət imicini formalaşdırmağa deyil, Macarıstan dövlətinin əlində olan kanallarla ABŞ, Qərb və Ukrayna əleyhinə narrativləri yayma taktikasına üstünlük verib (Racz, 2021 b).
Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya dövlət KİV-lərinin saytları Macarıstanda əlçatandır, hətta kremlyönlü saytlar ölkədəki media domenlərinin təxminən 14 faizini təşkil edir. (İnsightnews, iyun 2025 a).
Ancaq bu ölkədə rusiyayönlü narrativlərin əsas daşıyıcısı xarici media deyil, Orban rejiminə bağlı yerli media və dezinformasiya kanallarıdır. Orbanın “Fidesz” partiyası həm mərkəz mediada, həm sosial mediada mərkəzləşdirilmiş və güclü təbliğat maşını vasitəsilə antiukrayna, antiqərb və ruspərəst narrativləri yayır. Bu baxımdan Qərb mənbələri Budapeşti Kreml dezinformasiyasının paytaxtı adlandırır (Politico, 2022).
Macarıstanın informasiya mühiti xüsusilə 2010-cu ildən bəri hökumətin nəzarəti altındadır. Bu nəzarət iki əsas qurum vasitəsilə həyata keçirilir.
- Dövlət televiziyası MTV və ona bağlı bütün kanallara, eləcə də “Hirado” xəbər portalına nəzarət edən dövlət media fondu MTVA (State Media Monitor, sentyabr 2025).
- Orbana yaxın oliqarxların qurduğu, 500-ə yaxın media orqanını birləşdirən və ölkənin xəbər dövriyyəsinin 40 faizə yaxınını özündə cəmləşdirən Orta Avropa Jurnalistika və Media Fondu (KESMA) (İnsightnews, iyun 2025b).
Bu iki blok Aİ daxilində ən inkişaf etmiş media ələ keçirilmə modeli olaraq göstərilir (İPİ, 2024) və xüsusilə 2022-ci ildən sonra Rusiya narrativlərinin ən başlıca daşıyıcıları arasındadırlar (Lakmusz, 2022b). KESMA-ya daxil olan çox oyunan üç xəbər saytı - “Magyar Nemzet”, “Origo ve Mandiner” Rusiya narrativlərini ən çox yayan media quruluşlarıdır. Haqqında daha əvvəlki yazılarımızda bəhs etdiyimiz Rusiyanın “Pravda” şəbəkəsinə daxil olan “hungary.news-pravda.com, radikal sol, kommunist xəbər saytı “Bal Rad”, “Fidesz” tərəfdarı mühafizəkar “Pesti Sracok”, “Orosz Hirek”, “Hidfö.ru” da Kremlin aktiv aparatlarındandır (İnsightnews, iyun 2025c).
Orban hökumətinin media ordusuna son illərdə daxil olan yeni aktorlar da var. Bunlardan biri populyar “index.hu” saytı üzərində nəzarəti ələ keçirən və 2025-ci ilin oktyabrında İsveçrənin Ringier şirkətindən ölkənin ən çox oxunan tabloidi Blikk də daxil olmaqla böyük bir portfeli satın alan “İndamedia” qrupudur (Reuters, oktyabr 2025).
Digər yeni oyunçu isə dövlətə yaxın biznesmenlər tərəfindən maliyyələşdirilən “Megafon Központ”dur. Özünü “sosial şəbəkələrdə sağçı səsi gücləndirən mərkəz” adlandıran bu platforma “Facebook”, “Instagram”, “YouTube”, hətta “TikTok”da qısa videolar hazırlayan siyasi “influencer”ləri yetişdirir (Norvath, Polyak, Urban, avqust 2025). “Megafon” influencerləri sistemli şəkildə miqrasiya, Ukrayna müharibəsi, sanksiyalar, LGBTQ+ mövzularında Kreml nattarivlərini yayırlar. Xüsusilə Ukrayna müharibəsindən sonra bu sistem aktiv şəkildə Kreml üçün istifadə edilir (Lakmusz 2022 c).
Orban hökuməti yalnız Macarıstan daxilində Rusiya propaqandasının əsas aparatı rolunu oynamaqla kifayətlənmir, qonşu ölkələrdə də Kremlin fəaliyyətlərinə dəstək verir. “Political Capital”ın araşdırmasına görə, Kreml narrativləri Orban mediası və Macarıstan hökumətindən dəstək alan təşkilatlar vasitəsilə Slovakiya, Ukrayna (Transkarpatiya), Rumıniya və Serbiyaya ixrac edilir (Gyori, Hunyadi, 2023 a). Macarıstanda bu propaqanda ixracı əməliyyatlarının mərkəzində ölkə xaricindəki azlıqlara böyük məbləğlərdə maliyyə ayıran “Bethlen Qabor Fondu” dayanır. “Fidesz”in əsasən bu fond vasitəsilə yayılan xarici media şəbəkəsi hər ölkədə yerli aktorlarla işləyir. Bu yerli fondlar və media qurumları Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı sanksiyalar, miqrasiya və cinsiyyət məsələlərində Kremlin narrativlərini birəbir təkrarlayır, yayır və çoxaldır (Gyori, Hunyadi, 2023 b). Bu propaqandanın təsiri kifayət qədər yüksəkdir, məsələn, 2023-cü ildə keçirilən müstəqil bir sorğunun nəticələrinə görə, xalqın 37 faizi Ukraynanın ölkədəki rus azlığı soyqrıma məruz qoyduğuna inanır (Monastyrskyi, 2024).
KREMLİN SADİQ MÜTTƏFİQİ - SLOVAKİYA
Slovakiya Macarıstandan sonra Rusiyanın Şərqi Avropadakı ikinci Troya atı rolunu oynayır. 2023-cü ildə yenidən iqtidara qayıdan və ölkədəki bütün vintləri sıxan baş nazir Robert Fitsonun Smer-SD partiyasının milliyyətçi-sağçı SNS və Hlas ilə koalisiyası bu xətti daha da görünən hala gətirib. Qərblə əlaqələrdə Orbana nisbətən daha hiyləgər davransa da, Fitso Ukraynaya hərbi yardımın dayandırılması, yeni sanksiyalara qarşı çıxması və “sülh” ritorikası ilə Kremlin Avropadakı əsas aparatlarından biri olma funksiyasını davam etdirir.
Ancaq yenə də Slovakiya cəmiyyətində Rusiya propaqandasının işləkliyini sadəcə hökumətin mövqeyi ilə izah etmək doğru olmazdı. Slovakiya cəmiyyəti Şərqi Avropanın ən rusiyapərəst cəmiyyətidir. Bu cəmiyyətdəki paradoksal Rusiya simpatiyası, panslavyanizm, sosializm nostalgiyası, konspirasiyaçılığa meyil və Qərb şübhəçiliyi Kremlin işini asanlaşdıran çox mühüm faktorlardır (Disinfo, 2023a).
Slovakiyadakı rusiyapərəst münasibətlərin ən aydın ifadəsi, hazırkı Ukrayna müharibəsinə görə məsuliyyətin kimə aid edilməsi ilə bağlıdır. Son sorğulara görə, müharibəyə görə Rusiyanı günahkar sayanlar slovaklar arasında cəmi 40 faizdir; halbuki Macarıstanda 54%, Çexiyada 71%, Polşada isə 85% Rusiyanı Ukrayna ilə müharibəni başlayan tərəf hesab edir (Globsec, 2024).
Macarıstandan fərqli olaraq Slovakiyada Rusiyaya dair ictimai diskursda dominant narrativ 2022-ci ilin fevralına qədər əsasən müsbət xarakter daşıyırdı. 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumu ilk mərhələdə Rusiyaya münasibətdə kəskin dəyişikliklərə səbəb olsa da, uzun müddət mövcud olan narrativlər və siyasi diskurs postinvaziya reallığında da mühakiməni dumanlandırmağa və rusiyapərəst mövqeləri dəstəkləməyə davam edir (Milo, 2024a).
RUSİYA SİMPATİYASININ KÖKLƏRİ
Slavyan qardaşlığı Slovakiyanın rusiyapərəstliyinin əsas narrativləri arasında bəlkə də birinci sırada gəlir. Moskva mərkəzli bu sistemin mühüm elementi, Rusiyanın bu “slavyan ailəsində” xüsusi yer tutmasıdır – baxmayaraq ki, Rusiya Federasiyası təkcə etnik ruslardan deyil, çoxsaylı müxtəlif millətlərdən ibarətdir - Rusiya guya bütün slavyan xalqlarının himayədarı və “degenerasiya etmiş Qərbə” qarşı yeganə sipər olaraq təqdim olunur (Milo, 2024 b).
Bu sxemdə Rusiya bir tərəfdən ənənəvi dəyərlərin müdafiəçisi rolunda çıxış edir, digər tərəfdən isə Sovet təbliğatının qalıqlarına əsaslanır. Xüsusən də Rusiyanın “əbədi faşizmə qarşı döyüşən qüvvə” kimi təqdim edilməsi, bu gün Ukraynadakı müharibə kontekstində ön plana çıxır. Rusiyaya tənqidlər avtomatik şəkildə “rusofobiya” kimi gözdən salınır ki, bu da Kremlin həm qurban, həm də şərəfləndirilmiş tərəf kimi təqdim olunduğu uğurlu müdafiə mexanizmidir. Rusiyanın romantikləşdirildiyi bu təsəvvür slovakların zehnində hələ də çox güclüdür (Disinfo, 2023b).
Kommunist keçmiş və tarix narrativi Rusiyanın Slovakiya cəmiyyətindəki narrativlərinin güclənməsindəki digər mühüm faktordur.
Kommunizm irsi və II Dünya müharibəsinin sonunda sovet ordusunun Çexoslovakiyanı azad etməsi, bu gün Rusiyanın Slovakiyada necə qavranılmasına mühüm təsir göstərir. Slovakiyanın hər yerində sovet ordusunun qəhrəmanlığından bəhs edən abidələr mövcuddur. Kommunist ideologiyasının əsas sütunlarından olan bu qəhrəmanlıq və qurbanlıq mifi ətrafında təşkil olunan II Dünya müharibəsi anım tədbirləri, müasir rusiyayönlü vasitəçilər tərəfindən sui-istifadə edilir; onlar antifaşizm şüarı altında, əhalini Qərbə, Aİ-yə və NATO-ya qarşı qızışdıran Kreml narrativlərini təbliğ edirlər. Bundan əlavə, kommunist keçmişinin mirası Slovakiyada qonşu ölkələrə nisbətən fərqli yozulur. Kommunizm dövründə Slovakiyada geniş sənayeləşmə və iqtisadi inkişaf baş verdi, bu səbəbdən həmin dönəmə münasibət daha müsbətdir. Demokratik dəyişikliklərə ilk dəstəkdən sonra, iqtisadi transformasiyanın sərt təsiri Slovakiyada narazılıq və demokratiyaya qarşı mənfi münasibət yaradıb. Bu postkommunist nostalji Rusiyanın bütün Mərkəzi və Şərqi Avropada instrumentalizə etdiyi antiqərb meyillərinə də xidmət edir (Milo, 2024 c).
Enerji asılılığı və hökumətin rusiyayönümlülüyü Kreml narrativlərinin Slovakiyada rahat yayılmasını təmin edən digər mühüm faktordur. Slovakiya uzun illər Rusiyanın enerji resurslarından asılı olub. 2022-ci ildəki enerji sanksiyalarından sonra enerji idxalını şaxələndirməyə başlasa da Fitso hökuməti bu istiqamətdə ləng davranır və Rusiyadan asılılığı azaltmağa həvəsli görünmür (KHAR Center, ə). Rusiya texnologiyasından istifadə edən iki atom elektrik stansiyası üçün bütün yanacaq da Rusiyadan gəlir ki, bu da ciddi enerji asılılığı yaradır. Onilliklər boyu formalaşmış bu enerji–xammal asılılığı kömür və dəmir filizi idxalına da şamil olunduğundan Slovakiyanın ağır sənayesinə Rusiyanın əhəmiyyətli iqtisadi təsiri ilə nəticələnib. Üstəlik, Slovakiya həm də Rusiya enerji infrastrukturu üçün mühüm tranzit dəhlizidir – ölkə ərazisindən Aİ-yə neft və qaz daşıyan kəmərlərdən alınan tranzit haqları dövlət büdcəsi üçün mühüm gəlir mənbəyi olub (Milo, 2024 ç).
Kremlyönlü media və dezinformasiya şəbəkələri sadalanan faktorlar səbəbilə Slovakiyada olduqca aktivdir. Əhali arasındakı Rusiya simpatiyası çoxsaylı rus aktorları və proksi strukturlar tərəfindən həm istifadə olunub, həm daha da gücləndirilib. Slovakiyada uzun müddət güclü və səmərəli rusiyayönlü şəbəkə mövcud olub – media, biznes, mədəni birliklər, idman klubları və s., - bunlar Rusiyanın müxtəlif səviyyələrdə təsirini asanlaşdırırdı. Bu şəbəkənin kökləri kommunist dövrünə gedib çıxır, Putinin hakimiyyəti dövründə isə onlar dirçəldilib və daha da gücləndirilib (Milo, 2024 d).
KREMLİN SLOVAKİYADAKI PROPAQANDA ƏSGƏRLƏRİ
Slovakiya Avropanın dezinformasiyanın təsiri baxımından ən müdafiəsiz ölkəsi hesab edilir. Rusiyanın Slovakiyadakı propaqanda alətləri də bu dezinformasiyaların yayılmasının ən güclü aktorlarıdır (Startitup, 2022). Slovak dezinformasiya mühiti “Kremlin bütün fəaliyyət və kampaniyalarının ən sədaqətli müttəfiqi” kimi səciyyələndirilir. Slovakiyada Kreml narrativlərinin daşıyıcılarını əsasən liberal demokratiyaya qarşı müxaliflik və avtoritar, korrupsioner rejimlərə meyil, Slovakiyanın qərbyönlülüyünün rəddi, SSRİ romantizmi və Rusiyanın daxili-xarici siyasətinin dəstəklənməsi kimi istiqamətlər birləşdirir (Visegrad İnsight, 2022).
Bu ölkədəki Kreml propaqanda alətlərini üç kateqoriyada təsnif edə bilərik.
1.Hakim partiya və müttəfiqləri
İqtidardakı Smer-SD partiyası və onun ətrafındakı populist-millətçi qüvvələr Rusiyanın Slovakiyadakı əsas propaqanda müttəfiqləri arasındadır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra bu çox kəskin şəkildə görünür. Baş nazir Robert Fitso da bunu gizləmək üçün xüsusi səy göstərmir. Hərçənd ki, Fitso və digər populistlər Rusiyanın Ukraynaya 2022-ci ildəki tammiqyaslı hücumun sonra formal olaraq Moskvanı qınamağa məcbur oldular, ancaq qısa müddətdə Kreml narrativlərinə geri döndülər. Smer-SD deputatları parlamentdə Rusiyanın narrativlərini açıq şəkildə müdafiə edir və dezinformasiyalarını yayır (Dennik N, 2022).
Tədqiqatlar göstərir ki, ölkədə 2023-cü ildə keçirilən seçki kampaniyasında yayılan dezinformasiyaların çoxu Rusiyanın mənafelərinə xidmət edib. Fitso seçki kampaniyası əsnasında Ukraynadakı müharibənin 2014-cü ildə ukraynalı nasistlərin və faşistlərin Donbas və Luqanskda rus vətəndaşlarını öldürməyə başlamasıyla alovlandığına dair Kreml tezislərini təkrarlayıb. Slovakiya Milli Partiyasının rəhbərli Andrey Danko da Rusiyanın işğal etdiyi torpaqların tarixən Ukraynaya aid olmadığını deyib (France 24, 2023). “Sülh üçün mübarizə etmək” və “müharibəni uzatmaqdan başqa bir işə yaramayan Ukraynaya silah tədarükü”nə qarşı çıxmaq məqsədilə 2023-cü ilin fevralında başlayan və 26 şəhəri əhatə edən “sülh yürüşləri” də məhz kremlyönlü dezinformasiya şəbəkələri tərəfindən təşkil edilib və Moskvanın mənafelərinə hesablanıb. Bu yürüşlərin pik nöqtəsi olan Bratislavadakı 3 mart nümayişi Putin portretlərinin, Z simvolunun, Rusiya və sovet bayraqlarının müşayiəti, “Yaşasın Putin” sloqanı ilə keçirildi. Aksiyanın arxasında Kremlyönlü dezinformasiya aktorlarından biri olan Ark dərnəyi (Spolok Archa) dururdu (Respublica, 2023).
2023-cü il seçkilərindən sonra Fitso da tamamilə açıq kremlyönlü mövqeyə keçdi. Yeni hökumətin formalaşmasından dərhal sonra 2023-cü ilin oktyabrında Ukraynaya hərbi yardımı dayandırdığını açıqladı və Aİ-nin rolunu “silah tədarükçüsü yox, sülh brokeri” kimi görmək istədiyini bildirdi (Le Monde, 2023). 2024-cü ildə koalisiya ortağı Hlas-SD-dən Peter Pelleqrininin prezident seçilməsi də Fitsonun əlini daha da gücləndirdi. Slovakiyanın baş naziri 2024-cü ilin dekabrında Moskvada Putinlə görüşdü və 2022-ci ildən sonra Rusiyaya gedən üçüncü (Avstriya və Macarıstandan sonra) Aİ ölkəsi lideri oldu. (Khar Center, f).
2. Radikal sağ və sağ-ekstremist ekosistem
Slovak radikal sağ və sağçı ekstremist səhnə hər zaman dərin antiqərb mövqeyi ilə önə çıxıb və öz antidemokratik mübarizəsində Rusiyanı “təbii müttəfiq” kimi görüb. Slovak radikal sağının əksər aktorları ideoloji ilhamını neonasizm və faşizmdən və onların müasir formalarından alsa da, Rusiyanı ABŞ-a, NATO-ya və Aİ-yə qarşı geosiyasi rəqib və balanslaşdırıcı qüvvə kimi görür. Rusiya isə “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə fəaliyyət gösətərən bu aktorlara təsir imlkanlarını əldən buraxmayıb (Milo, 2024e).
Kotleba və LSNS
Rusiyanın bu ekosistemdəki ən ciddi müttəfiqi radikal sağ “Xalq Partiyası – Bizim Slovakiyamız” (Ľudova strana – Nase Slovensko, LSNS) olub. Marian Kotlebanın başçılıq etdiyi LSNS, yaxın keçmişə qədər slovak siyasətində ən mühüm rusiyayönlü radikal sağ partiya idi. 2016-cı il parlament seçkilərində 8% səs qazanaraq parlamentə düşməsi və 2019-cu il Avropa Parlamenti seçkilərində 14 yerdən 2-sini əldə etməsi ilə neofaşist kimi təsnif edilən LSNS radikal sağ cinahda on ildən artıq müddətdə dominant aktyora çevrilib (Cirner, 2020).
LSNS-in rusiyayönlü mövqeyi “düşmənimin düşməni” prinsipi ilə formalaşıb. Belə ki, partiyanın neofaşist mövqeyi ən azından ictimai baxımdan rusiyayönlülüklə ziddiyyət təşkil etsə də Aİ və NATO-ya, Ukraynadakı müharibəyə, Krımın işğalına və sanksiyalara münasibətdə Kreml narrativlərini müdafiə edib, Ukraynadakı 2014-cü ildəki Maydan hadisələrini xarici qüvvələrin təşkil etdiyi çevriliş kimi təqdim edərək Rusiyanın tezislərini dəstəkləyib. 2014-cü ildə Kotleba Ukrayna prezidenti Yanukoviçə açıq məktub yazaraq stefa verməməyi məsləhət görür və Ukraynanın Aİ və NATO-ya yönəlməsindən çəkinməyə çağırırdı (Milo, 2024ə).
LSNS Krımın işğalından bir il sonra, 2015-ci ildə NATO müttəfiqlərinin həmrəylik və müdafiə qabiliyyətini nümayiş etdirmək üçün təşkil olunan ABŞ hərbi konvoyunu (Dragoon Ride) ölkəyə buraxmamaq üçün aksiya təşkil edərək konvoyu “ABŞ işğalı” adlandırırdı. 2016-cı ildə bu partiya Slovakiyanın Aİ və NATO-dan çıxması barədə referendum təşəbbüsü irəli sürdü (TASR, 2016).
Jurnalist tədqiqatları LSNS ilə Rusiya arasındakı əlaqələrə dair bir neçə bariz sübut ortaya çıxara bilib. Bunlardan biri Slovakiyada pro-Kreml mövqeyli Hlavne Spravy portalında xarici müəllif kimi işləyən Rusiya kəşfiyyatının agenti Bohus Qarbarın LSNS-ə bir neçə dəfə ianələr etməsi və onun Rusiya səfirliyinin hərbi attaşesindən pul almasına dair video görüntülərin ortaya çıxması idi. (Zigova, 2023)
LSNS-nin Rusiya tərəfindən gizli maliyyələşdirilməsi barədə iddialar 2016-cı ildə polşalı rusiyayönlü aktivist və ehtimal olunan rus casusu Mariusz Piskorskinin həbsi ilə, eləcə də 2017-ci ildə Usovski e-poçt sızıntıları ilə əlaqədar da ortaya çıxmışdı. Üzə çıxan yazışmalara görə, belaruslu radikal sağ aktivist Aleksandr Usovski, rus oliqarx Konstantin Malofeyevdən aldığı pulla Slovakiya da daxil olmaqla, Mərkəzi Avropada bir sıra anti-NATO, rusiyayönlü aksiyalar təşkil etmişdi (Milo, 2024f).
Uhrik və Respublika Hərəkatı
2021-ci ildə LSNS parçalandı. Ondan ayrılanlar Respublika Hərəkatını yaradınca və LSNS 2023-cü il seçkilərində cəmi 0,84 faiz səs toplayaraq marginallaşınca radikal sağda mənzərə dəyişdi. Partiyanın sabiq sədr müavini Milan Uhrik liderliyindəki Respublika Hərəkatı sağ sprektrin lideri və Rusiyanın da bu ekosistemdəki yeni böyük müttəfiqi oldu. Uhrik 2019-cu ildən etibarən Avropa Parlamentində ən qızğın rusiyayönlü siyasətçilərdən biri kimi çıxış edirdi və 2022-ci ilin fevralından sonra belə Qərbi, ABŞ-ı və NATO-nu Ukrayna müharibəsinə görə məsuliyyətli sayan rus narrativlərini təkrarlamağa davam edirdi. Political Capital İnstitutunun rusiyayönlü səsvermə davranışına dair analizi göstərir ki, Uhrík, Vişegrad dördlüyü (Çexiya, Macarıstan, Polşa, Slovakiya) və Avstriya MEP-ləri arasında ən çox rusiyayönlü səs verən yeddi deputatdan biri olub (Milo, 2024 g). Son seçkilərdə parlamentə keçə bilməsə də Uhrikin Respublika Hərəkatı hələ də sağ radikal spektrin əsas partiyası sayılır və LSNS ilə müqayisədə Kremllə daha isti və sıx əlaqələrə malikdir.
Paramilitar “Slovak Əsgərləri” (Slovenski Branci)
2012-2022-ci illərdə Slovakiyada fəaliyyət göstərən və ölkənin ən tanınmış paramilitar qrupu olan “Slovak Əsgərləri” (SB) Rusiyanın bu ölkədəki müttəfiqləri sırasında olub. Qrup Rusiyada keçmiş xüsusi təyinatlılarlın çalışdığı rus təşkilatı “Styaq”ın təlimlərindən keçən Peter Svrcek və Mixal Feling tərəfindən qurulub, “Narodny Sobor” kimi rus millətçi təşkilatları və məşhur Rusiya bayker qruplaşması “Noçnıye Volki” ilə əlaqələri olub. SB qısa müddətdə gənclərin – xüsusilə yeniyetmələrin – cəlb olunduğu, patriotik və millətçi çalarları olan, rusiyayönlü və antiqərb dünyagörüşünə giriş platforması rolunu oynayan mühüm paramilitar qrupa çevrilib. Rusiyayönlü proksi aktorlarla əməkdaşlıq, slavyan qardaşlığı narrativlərinə əsaslanan ruspərəst mövqe bu qrupun müəyyənedici xüsusiyyəti idi. Qrupun üzvləri Donbasdakı separatizmdə də iştirak edib. SB 2022-ci ildə rəsmən fəaliyyətini dayandırdığını elan etsə də, bunun formal olduğu yöndə iddialar var. Açıq sübutlar olmasa da Slovakiyada yaranan “Könüllü Korpus” adlı qrupun SB-nin davamçısı olduğu ehtimal edilir (Milo, 2024ğ).
3. “Alternativ media” və dezinformasiya platformaları
Slovakiyada ən bilinən alternativ platformalar, yəni Rusiya narrativlərini dəstəkləyən dezinformasiya və konspirasiya alətləri “Hlavne Spravy”, “Hlavny Dennik” kimi gündəlik, “Zem a Vek” və “Extraplus” kimi aylıq qəzetlər, “Slobodny Vysielac” internet radiosu və “İnfovojna” portalıdır. (Visegrad İnsight, 2022)
“Espreso Global” və “Insight News Media”nın 2025-ci ildə həyata keçirdiyi birgə tədqiqat Slovakiyada Kreml propaqandasını yayan 19 onlayn media resursunu ortaya çıxarıb. Bunlar Kreml mənbələrinə (Sputnik, RT, RIA, News-Front, Pravda.ru və s.) birbaşa istinadla antiukrayna, anti-AB və anti-NATO narrativlərini sistemli şəkildə tirajlayır, Qərbin demokratik institutlarını etibarsızlaşdırır (Espreso, 2025).
2022-ci ildə Slovakiya Milli Təhlükəsizlik İdarəsi “Hlavne Spravy” kimi Kreml propaqandası yayan bəzi saytların fəaliyyətini dayandırıb. Ancaq qısa fasilədən sonra bu saytlar yenidən fəaliyyətə başlayıb, bəziləri domenlərini dəyişib, bəziləri isə “Telegram” və “YouTube” kimi platformalara çəkilib (DRI, 2024). Hazırda Slovakiyanın əsas dezinformasiya saytı olan “Hlavne Spravy” ölkənin ən çox oxunan 15 media resursundan biridir (REDACT, 2025a).
2025-ci ildə REDACT layihəsi çərçivəsində hazırlanan Slovakiya hesabatına görə bu ölkədə “Facebook” və “Telegram” Kreml narrativlərini yayan əsas sosial media platformalarıdır. Slovak “Telegram” məzmununa dezinformasiya yönümlü, ruspərəst kanallar hakimdir; buraya “Zem & Vek”, “InfoVojna”, “Slovanske Noviny” kimi əsas “alternativ” medianın hesabları, həmçinin Ľubos Blaha, Milan Uhrik və Milan Mazurek kimi ekstremist siyasətçilər daxildir. Bununla yanaşı, Mimi Sramova və Danny Kollsr (Daniel Bombic) kimi tanınmış “dezinfluencer”lər də konspirasiya məzmununu gücləndirir və platformada ən böyük auditoriyaları toplayırlar. Baş nazir Fitso da “Facebook” dezinformasiyalarına ciddi əhəmiyyət verir və səhifəsindən bunun üçün istifadə edir (REDACT, 2025b).
4. Rusiya səfirliyi, rəsmi kanallar və “Pravda” şəbəkəsi
Rusiyanın Bratislavadakı səfirliyi Slovakiya informasiya mühitində Kreml narrativlərini yayan ən aktiv və sistemli rəsmi aktordur. Səfirlik də əsasən “Facebook” və “Telegram” platformalarından istifadə edir. “Facebook”da daha rəsmi və diplomatik üslub nümayiş etdirərkən “Telegram” hesabında NATO, Qərb və Ukraynaya qarşı qızışdırıcı və dezinformativ üsluba üstünlük verir və bu platformanı daha çox tərəfdar toplamaq üçün istifadə edir. Səfirliyin bəzi paylaşımları birbaşa yerli dezinformasiya saytlarında və “Facebook” qruplarında təkrar tirajlanır, bu da rəsmi rus mesajları ilə “alternativ media” arasında ekosistem əlaqəsi yaradır (Globsec, 2024). Rusiya səfirliyi sadəcə narrativ yaymır, eyni zamana dezinformasiyanın başlıca qaynağı olaraq Slovakiya informasiya mühitinə təsir edir. Bunun ən bariz nümunələrindən biri 2022-ci ildəki Ladimirova Məzarlığı skandalıdır. Rusiya səfirliyi 2022-ci ilin sentyabrında Ladimirovanın keçmiş merini sovet əsgərlərinin də məzarlarının olduğu qəbristanlıqla bir rus qəbrini təhqir etməklə ittiham etdi və yerli dəstəkçilərindən də istifadə edərək böyük bir dezinformasiya kampaniyası başlatdı. Halbuki söhbət məzarlıqdakı təmir-abadlıq işlərindən gedirdi və hər hansı təhqir faktı aşkarlanmamışdı. Slovakiya rəsmi qurumları bu hadisəyə operativ yanaşma nümayiş etdirdilər və Rusiyanın Slovakiyadakı səfirinin bu yalanın müəllifi olduğunu bildirdilər. Dezinformasiyanın təsiri bir qədər azalsa da, hadisə Rusiyanın dövlət aktorlarının qara propaqandada rolu ilə bağlı dünya miqyasında bilinən nümunəyə çevrildi (DRİ, 2024b).
Rusiyanın 2022-ci ildən sonra yer altına enən “Pravda” şəbəkəsi (KHAR Center, g) də Slovakiyada aktivdir. 2025-ci ildə aparılan araşdırmalar göstərir ki, “slovakia.news-pravda.com” kimi domenlər Rusiyanın daha geniş “Pravda şəbəkəsi”nin tərkib hissəsi kimi 7/24 rejimdə Kreml mesajlarını slovak dilində yayır, bəzən isə yerli siyasətçilərin sitatlarını bu narrativlərə “yapışdıraraq” legitimlik görüntüsü yaradır. Bundan əlavə, Slovakiyada ayrıca “Pravda” saytı ilə yanaşı həmçinin “körpü” (bridge) klasterləri – yəni bir neçə ölkədə istifadə eyni zamanda istifadə olunan mənbələri - mövcuddur. Bu hal xüsusilə Slovakiya və Çexiya üçün keçərlidir; ehtimal ki, dillərin oxşarlığı səbəbindən bəzi mənbələrin məzmunu hər iki ölkəni hədəfləyən subdomenlərdə görünür. Bu mənbələrdən yalnız biri vebsaytdır (sk.news-front.su), qalanları isə “Telegram” kanallarıdır və birlikdə 1,7 milyon abunəçiyə çatır (Kubs, 2025)
MÜQAVİMƏT AKTORLARI
Macarıstan və Slovakiyada Kreml propaqandasına qarşı müəyyən ölçüdə mübarizə və dirəniş mövcuddur. Macarıstanda media sektorunun böyük hissəsi Orban hökumətinin nəzarəti altında olsa da, “Direkt36”, “Atlaszo”, “Telex”, “Mertek Media Monitor”, “444.hu” kimi az saylı informasiya vasitələri, eyni zamanda “Lakmusz” kimi fakt-çekinq platformaları, “Political Capital İnstitute” kimi qurumlar, “EUvsDisinfo”, İPİ kimi beynəlxalq şəbəkələr Rusiya propaqandasına qarşı müdafiə xətti rolunu oynayır. Ancaq bu təşkilatlar mediadakı Orban-Kreml müttəfiqliyi ilə mübarizədə zəif qalır.
Slovakiyada bu baxımdan vəziyyət nisbətən daha yaxşıdır. Hökumətin mediaya və dövlət institutlarına nüfuzu hələ Macarıstandakı səviyyətə çatmadığı üçün daha çox qurum Kreml propaqandasına qarşı mübarizədə iştirak edə bilir. Polisın “Hoaxy a podvody – Polícia SR” (Hoakslar və fırıldaqlar) adlı “Facebook” səhifəsi, dezinformasiyaların təkzibi baxımından dövlət strukturları arasında ən uğurlu nümunə hesab olunur. GLOBSEC, “Infosecurity/Adapt Institute”, “Konspiratori.sk”, “Demagog.sk”, Jan Kuçyak Araşdırma Mərkəzi və Zmudri kimi platformalar Rusiya mənbəli dezinformasiya ekosistemini xəritələşdirir, əsas aktorları və narrativləri ifşa edir, həmçinin media savadlılığını artırırlar.
NƏTİCƏ
Macarıstan və Slovakiya Rusiyanın Avropa İttifaqı və NATO daxilindəki ən bariz aparatları rolundadırlar. Budapeştdə bu rol əsasən yuxarıdan-aşağıya formalaşır - Orban hökuməti, ona yaxın siyasi qüvvələr və iqtidarın nəzarəti altındakı media sektoru Kreml narrativlərinin əsas daşıyıcısı və yayıcısı funksiyasını yerinə yetirirlər. Hökumət Troya atı rolunu həm formalaşdırdığı media ordusu vasitəsilə, həm də “Meqafon” kimi cəmiyyətin bütün qatlarına daha sürətli və daha geniş areallı nüfuz etmə imkanı olan “dezinfluencer” platformaları vasitəsilə həyata keçirir. Macarıstan hökuməti yalnız ölkə daxilində deyil, sərhəd qonşusu olduğu Avropa ölkələrində də Rusiya propaqandasının aparatı rolunu oynayır.
Bratislavada isə aşağıdan-yuxarıya formalaşmış panslavyanizm, kommunizm nostalgiyası, konspirasiya həvəsi və enerji asılılığı radikal sağ ekosistem və hökumətin “praqmatik” Rusiya tərəfdarlığı ilə birləşir. Bu ölkədəki Rusiya səfirliyi, radikal sağ və ekstrtemist qüvvələrlə onların media və sosial media orqanları, “alternativ” plafformalar, dezinformasiya sistemləri, Kremlin “Pravda” şəbəkəsi və Fitso hökuməti Moskvanın büyük propaqanda ordusunun qollarını təşkil edir.
Avropa İttifaqı və NATO daxilindəki bütünlüyü və ahəngi pozmaq, Rusiyanın işğal və propaqanda siyasətini legitimləşdirmək, sanksiyalara mane olmaq və Ukraynaya dəstəyi azaltmaq üçün Moskva bu faktorların hamısından istifadə edir. Macarıstan və Slovakiya həm uzun müddət Qərbdə Rusiya propaqandasının bir təhdid kimi ciddiyə alınmaması və koordinasiyalı mübarizə sisteminin hələ də mövcud olmaması, həm də hökumətlərinin avtoritarlaşma istiqamətindəki sürətli irəliləyişi səbəbilə Kremlin sistemli fəaliyyətinə qarşı ən dayanıqsız ölkələrin başında gəlir. Enerji asılılığının azaldılması, media plüralizminin gücləndirilməsi, dezinformasiya şəbəkələrinin ifşa edilməsi kimi fəaliyyətlər belə ayrı-ayrılıqda bu mexanizmlə mübarizə üçün kifayət etmir. Avropa İttifaqı bu problemi strateji məsələ kimi nəzərdən keçirmədən və gündəliyinə almadan Kremlin Troya atları Şərqi Avropanın hüdudlarından kənarda da Avropa qərarverməsinə təsir göstərməyə davam edəcək.
İSTİNADLAR
KHAR Center, 2025 a. Rusiyanın antiqərb propaqandasının təsir alətləri: hörümçək toru. https://kharcenter.com/nesrler/rusiyanin-antiqerb-propaqandasinin-tesir-aletleri-horumcek-toru
KHAR Center, 2025 b.Qərbi Avropada Rusiya ekosistemi: Almaniya və Fransada propaqanda, kilsə və diaspora üzərindən təsir.https://kharcenter.com/arasdirmalar/qerbi-avropada-rusiya-ekosistemi-almaniya-ve-fransada-propaqanda-kilse-ve-diaspora-uzerinden-tesir
KHAR Center, c. Avropanın Orbanizasiya Təhlükəsi. https://www.kharcenter.com/arasdirmalar/avropanin-orbanizasiya-tehlukesi
KHAR Center, 2025 ç. Robert Fi̇tso: Slovakiya Avtoritarizminin Anatomiyası. https://kharcenter.com/arasdirmalar/robert-fitso-slovakiya-avtoritarizminin-anatomiyasi
KHAR Center, d. Avropanın Orbanizasiya Təhlükəsi. https://www.kharcenter.com/arasdirmalar/avropanin-orbanizasiya-tehlukesi
Reuters, 2025. Hungary's Orban says Ukraine is 'not sovereign' as drone dispute deepens. https://www.reuters.com/world/hungarys-orban-says-ukraine-is-not-sovereign-drone-row-deepens-2025-09-29/
Racz, Andras, 2021a. Authoritarian Ties: The Case of Russia and Hungary. https://www.wilsoncenter.org/blog-post/authoritarian-ties-case-russia-and-hungary
Kreko Peter, Gyori Lorant və Zgut Edit, 2017a. From Russia with Hate - The Activity of pro-Russian Extremist Groups in Central-Eastern Europe. https://politicalcapital.hu/pc-admin/source/documents/PC_NED_summary_analysis_EN_20170428.pdf
İCTT, 2024 a. Russia and the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
Dezso, Andras, 2017. The Secret Life of Bela Kovacs - European Press Prize. https://www.europeanpressprize.com/article/the-secret-life-of-bela-kovacs/
İCTT, 2024 b. Russia and the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
İCTT, 2024 c. Russia and the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
Kreko Peter, Gyori Lorant və Zgut Edit, 2017 b. From Russia with Hate - The Activity of proRussian Extremist Groups in Central-Eastern Europe. https://politicalcapital.hu/pc-admin/source/documents/PC_NED_summary_analysis_EN_20170428.pdf
Kreko Peter, Gyori Lorant və Zgut Edit, 2017 c. From Russia with Hate - The Activity of proRussian Extremist Groups in Central-Eastern Europe. https://politicalcapital.hu/pc-admin/source/documents/PC_NED_summary_analysis_EN_20170428.pdf
İCTT, 2024 ç. Russia and the the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
İCTT, 2024 d. Russia and the the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
KHAR Center, e. Avropanın Orbanizasiya Təhlükəsi. https://www.kharcenter.com/arasdirmalar/avropanin-orbanizasiya-tehlukesi
İCTT, 2024 e. Russia and the the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
Tait, Robert, 2017. “Hungary’s Prime Minister Welcomes US ‘Anti-LGBT Hate Group,’” The Guardian. https://www.theguardian.com/world/2017/may/26/hungary-lgbtworld-congress-families-viktor-orban
İCTT, 2024 f. Russia and the the far right. İnsight from ten European countries. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%20Insights%20from%20Ten%20European%20Countries%20-%20A4%20e-book_0.pdf
Spike, Justin, 2023. Hungary to Pull out of Russia-Linked Bank after US Sanctions | AP News. https://apnews.com/article/hungary-leaves-russian-bank90c81608ec82225825be925706d0f52c
Euronews, 2022. Patriarch Kirill excluded from EU sanctions after Hungary’s objection https://www.euronews.com/my-europe/2022/06/02/patriarch-kirill-excluded-from-eu-sanctions-after-hungary-s-objection
Racz, Andras, 2021b. Authoritarian Ties: The Case of Russia and Hungary. https://www.wilsoncenter.org/blog-post/authoritarian-ties-case-russia-and-hungary
İnsight News, 2025a. Hungarian news websites that disseminate Russian narratives and their impact. https://insightnews.media/hungarian-news-websites-that-disseminate-russian-narratives-and-their-impact/
Politico, 2022. Hungary has become the EU home of Kremlin talking points. https://www.politico.eu/article/russia-war-narrative-hungary-disinformation/
State Media Monitor, sentyabr 2025. Media Services and Support Trust Fund (MTVA) https://statemediamonitor.com/2025/09/mtva/
İnsight News, 2025b. Hungarian news websites that disseminate Russian narratives and their impact. https://insightnews.media/hungarian-news-websites-that-disseminate-russian-narratives-and-their-impact/
İPİ, 2024. Media Capture Monitoring Report: Hungary. https://ipi.media/publications/media-capture-monitoring-report-hungary/
Lakmusz, 2022a. Homegrown, state-sponsored, systemic: the Hungarian disinformation space during the Russian invasion of Ukraine https://lakmusz.hu/2022/05/16/homegrown-state-sponsored-systemic-the-hungarian-disinformation-space-during-the-russian-invasion-of-ukraine
İnsight News, iyun 2025c. Hungarian news websites that disseminate Russian narratives and their impact. https://insightnews.media/hungarian-news-websites-that-disseminate-russian-narratives-and-their-impact/
Reuters, 2025. Pro-Orban media group buys Hungary's main tabloid ahead of 2026 election. https://www.reuters.com/business/media-telecom/pro-orban-media-group-buys-hungarys-main-tabloid-ahead-2026-election-2025-10-31/
Norvath Kata, Polyak Gabor və Urban Agnes, 2025. Outsourced Political Campaign: Role of Pro‐Government Political Influencers in Spreading Hostile Narratives in Hungary https://www.cogitatiopress.com/mediaandcommunication/article/viewFile/10671/4569?
Lakmusz, 2022b. Homegrown, state-sponsored, systemic: the Hungarian disinformation space during the Russian invasion of Ukraine https://lakmusz.hu/2022/05/16/homegrown-state-sponsored-systemic-the-hungarian-disinformation-space-during-the-russian-invasion-of-ukraine
Gyori Lorant, Hunyadi Bulcsu, 2023 a. How Hungary Peddles Pro Kremlin Narratives to Minorities Abroad. https://vsquare.org/how-hungary-peddles-pro-kremlin-narratives-to-minorities-abroad/
Gyori Lorant, Hunyadi Bulcsu, 2023 b. How Hungary Peddles Pro Kremlin Narratives to Minorities Abroad. https://vsquare.org/how-hungary-peddles-pro-kremlin-narratives-to-minorities-abroad/
Monastyrskyi, Oleksandr, 2024. How Transcarpathia Became a Target of Hungarian Media Propaganda with a Russian Twist https://cedem.org.ua/en/analytics/how-transcarpathia-became-a-target-of-hungarian-media-propaganda-with-a-russian-twist/
Disinfo, 2023a. The disinformation landscape in Slovakia. https://www.disinfo.eu/publications/disinformation-landscape-in-slovakia/
Globsec, 2024. Trends 2024. https://www.globsec.org/sites/default/files/2024-05/GLOBSEC%20TRENDS%202024.pdf
Milo, Daniel, 2024 a. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Milo, Daniel, 2024 b. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Disinfo, 2023b. The disinformation landscape in Slovakia. https://www.disinfo.eu/publications/disinformation-landscape-in-slovakia/
Milo, Daniel, 2024 c. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Khar Center, avqust 2025 ə. Robert Fitso-Slovakiya avtoritarizminin anatomiyası https://www.kharcenter.com/arasdirmalar/robert-fitso-slovakiya-avtoritarizminin-anatomiyasi
Milo, Daniel, 2024 ç. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Milo, Daniel, 2024 d. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Startitup, 2022. „Hanba na 100 rokov,“ komentuje polícia. Slováci velebia dezinformácie viac ako zvyšok Európy.https://www.startitup.sk/hanba-na-100-rokov-komentuje-policia-slovaci-velebia-dezinformacie-viac-ako-zvysok-europy/
Dennik N, 2022. Tri príklady, ako k nám stále preniká Putinova propaganda: cez Blahu, Tarabu či Infovojnu https://dennikn.sk/2757361/tri-priklady-ako-k-nam-stale-prenika-putinova-propaganda-cez-blahu-tarabu-ci-infovojnu/
France24, 2023. Slovakia swamped by disinformation ahead of parliamentary elections. https://www.france24.com/en/europe/20230928-disinformation-swamps-slovakia-ahead-of-parliamentary-elections
Respublica, 2023. Slovak “peace marches stirred up pro-Russian sentiment in society”. https://respublica.edu.mk/blog-en/politics/slovak-peace-marches-stirred-up-pro-russian-sentiment-in-society
Le Monde, 2023. Slovakia announces halt of military aid to Ukraine
Khar Center, 2025 f. Robert Fitso-Slovakiya avtoritarizminin anatomiyası https://www.kharcenter.com/arasdirmalar/robert-fitso-slovakiya-avtoritarizminin-anatomiyasi
Milo, Daniel, 2024 e. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Cirner, Michail, 2020. The Entry of an Extreme Right Party Into the Slovak Parliament After the 2016 and 2020 Elections: The Return of Fascists?
Milo, Daniel, 2024 ə. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
TASR, 2016. Kotlebovci začali zbierať podpisy za referendá o vystúpení z EU a NATO https://www.teraz.sk/slovensko/kotlebovci-podpisy-vystupenie-dverefere/204692-clanok.html.
Zigova Iva, 2023. Prispievateľ Hlavných správ Bohuš Garbár vyzvedal pre Rusko, súd ho odsúdil na podmienku. https://www.aktuality.sk/clanok/uVMMKcO/prispievatel-hlavnych-sprav-bohus-garbarvyzvedal-pre-rusko-sud-ho-odsudil-na-podmienku/.
Milo, Daniel, 2024 f. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Milo, Daniel, 2024 g. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Milo, Daniel, 2024 ğ. Slovakia: Politics and Paramilitarism. https://icct.nl/sites/default/files/2024-04/Russia%20and%20the%20Far-Right%208%20Slovakia.pdf
Visegrad İnsight, 2022. Slovak Disinformation Scene at the End of the Year 2021 https://visegradinsight.eu/slovak-disinformation-media-2021/
Global Espreso, mart 2025. Top-9 Slovak news websites spreading Russian propaganda and key narratives they push. https://global.espreso.tv/russia-fake-news-top-9-slovak-news-websites-spreading-russian-propaganda-and-key-narratives-they-push
Redact Project, noyabr 2025a. Report on Conspiracy Theories in the Online Environment and the Counter-Disinformation Ecosystem in Slovakia. https://redactproject.sites.er.kcl.ac.uk/wp-content/uploads/2025/11/REDACT-SLOVAKIA-Report.pdf
Redact Project, noyabr 2025b. Report on Conspiracy Theories in the Online Environment and the Counter-Disinformation Ecosystem in Slovakia. https://redactproject.sites.er.kcl.ac.uk/wp-content/uploads/2025/11/REDACT-SLOVAKIA-Report.pdf
Globsec, 2024. Russian Embassy in the Slovak Information Space. https://www.globsec.org/what-we-do/publications/russian-embassy-slovak-information-space
DRİ, 2024 b. Disinformation resilience index. Central and Eastern Europe. https://www.amo.cz/wp-content/uploads/2024/12/DRI_2024_edition.pdf
Khar Center, 2025 g.. Rusiyanın antiqərb propaqandasının təsir alətləri: hörümçək toru. https://www.kharcenter.com/nesrler/rusiyanin-antiqerb-propaqandasinin-tesir-aletleri-horumcek-toru
Kubs, Jakob, 2025. Global Offensive: Mapping the Sources Behind the Pravda Network https://www.globsec.org/sites/default/files/2025-05/Pravda%20Network%20Report.pdf